Güneyli milli fəala   ağır cəza verildi
12 may 2023 13:42 (UTC +04:00)

Güneyli milli fəala ağır cəza verildi

İranın molla rejiminin soydaşlarımıza qarşı qərəzli münasibəti davam edir. 

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu dəfə rejim güneyli milli fəala 6 il həbs cəzası verib. 

Tehran İnqilab Məhkəməsi Azərbaycan Milli Hərəkatının fəalı Ramin Əliniyanı “toplaşmaq və əlbir olmaq”, “ölkənin təhlükəsizliyinə zidd fəaliyyət göstərmək” və “İslam Respublikası quruluşuna qarşı təbliğat aparmaq” ittihamları ilə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əlavə, milli fəal 2 il ərzində siyasi partiyalara, qruplara və təşkilatlara üzv olmaq, sosial şəbəkələrdən istifadə etməkdən, medialara açıqlama vermək və s. fəaliyyətlərdən, ölkəni tərk etmək hüququndan da məhrum edilib.

Xatırladaq ki, Ramin Əliniya ötən ilin noyabrında Ərdəbil şəhərində həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275
avatar

Oxşar yazılar