Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Seysmoloji şəbəkəsi məlumat yayıb.
Zəlzələ yerin 16 kilometr dərinliyində qeydə alınıb.
Dağıntılar zamanı Qaytnszi rayonunda 29, Yaan şəhərində isə 17 insan ölümü qeydə alınıb.
Təbii hadisə zamanı daha 16 nəfər itkin düşüb, 50-dən çox insan xəsarət alıb, su, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturu zədələnib.
Çin Sədri Si Szinpin təbii fəlakətdən zərər çəkənləri xilas etmək üçün bütün qüvvələri səfərbər etməyə çağırıb. İnsanların həyatının xilas edilməsinin və itkinin azaldılmasının prioritet vəzifə olduğunu vurğulayan Si diqqətli olmağın vacibliyinə diqqət çəkib.