Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında yağan güclü yağış 4 nəfərin həyatına son qoyub.
Lent.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı Televisa kanalı məlumat yayıb.
Daha iki nəfər itkin düşüb.
Nuevo-Leonda ölənlər arasında bölgənin paytaxtı Monterrey yaxınlığında selin apardığı avtomobildə olan bir ailənin üzvləri də var.
Xilasedicilər onların cəsədlərini tapmağa nail olublar.
Fırtına ən böyük maddi ziyanı Kadereyta bələdiyyəsinə verib.
“Kai” qasırğası hazırda Meksikanın Sakit okean sahilləri ilə hərəkət edir.