Gözəllik kraliçası  faciəvi şəkildə öldü
02 sentyabr 2025 14:56 (UTC +04:00)

Gözəllik kraliçası faciəvi şəkildə öldü

0

Qvatemalada gözəllik kraliçası, 20 yaşlı Alondra Marianela Ernandes Peres faciəli şəkildə həlak olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, gənc qız motosikletin iştirakı ilə baş verən yol qəzasında ölüb. Müsabiqənin qalibi işə gedərkən qəfil nəqliyyat vasitəsinə nəzarəti itirib.

Həkimlər qəza yerinə çatanda zərərçəkən hələ sağ olub. Onu dərhal tibb müəssisəsinə çatdırıblar, lakin qızın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, qəza Qvatemalanın ən təhlükəli şosselərindən birində, San-Markos və Kesaltenanqo şəhərlərini birləşdirən yolda baş verib. Bu magistral artıq uzun müddətdir ki, mütəmadi baş verən qəzalar səbəbilə yerli əhali arasında acı şöhrət qazanıb.

Məlumata görə, həlak olan gənc bu il La-Blanka şəhərinin gözəllik kraliçası titulunu qazanıb. Yerli KİV-in məlumatına əsasən, qız model sənayesində yoluna yeni başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar