Fransız jurnalist Frederik Leklerk-İmhof Ukraynada öldürülüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "Tvitterdə" paylaşım edib.
“Jurnalist Frederik Leklerk-İmhof müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi. O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi”, - Makron qeyd edib.
Hadisə Ukraynanın Severodvinsk şəhəri yaxınlığında baş verib.
BFM TV artıq əməkdaşının həlak olduğunu təsdiq edib.