Fitch Belarusun da reytinqini endirdi
08 mart 2022 07:24 (UTC +04:00)

Fitch Belarusun da reytinqini endirdi

0

Fitch Beynəlxalq reytinq agentliyi Belarusun uzunmüddətli defolt reytinqini B-dən CCC səviyyəsinə endirib. 

APA-nın xəbərinə görə, təşkilat hesab edir ki, Rusiya ilə sıx iqtisadi əlaqələri olduğu üçün Belarus maliyyə sabitliyi baxımından ciddi riskə məruz qalır.  Digər tərəfdən, Rusiyanın gələn il bu ölkəyə maliyyə yardımı ayırması ehtimalı azdır. Tətbiq edilən sanksiyalar ölkənin makroiqtisadi göstəricilərini aşağı salır. 

Qeyd edək ki, təşkilat ötən həftə Rusiyanın kredit reytinqini aşağı salmışdı. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1464

Oxşar yazılar