Finlandiya və İsveç terrorçuları Türkiyəyə təhvil verməkdən imtina etdi
16 may 2022 18:15 (UTC +04:00)

Finlandiya və İsveç terrorçuları Türkiyəyə təhvil verməkdən imtina etdi

Finlandiya və İsveç 33 PKK üzvünün Türkiyəyə ekstradisiyasından imtina edir.

Lent.az bu barədə xarici mediasına istinadla məlumat verir. Bildirilir ki, Finlandiya və İsveç Kürdüstan Fəhlə Partiyasının (PKK, Ankara onu terror qruplaşması hesab edir) fəaliyyətində şübhəli bilinən 33 nəfərin ekstradisiyası ilə bağlı Türkiyə hakimiyyətinin tələbini yerinə yetirməkdən imtina edib.

Türkiyə mətbuatının yazdığına görə, ölkə hakimiyyəti  “PKK terrorçularının” ekstradisiyası üçün bir neçə sorğu göndərsə də, Helsinki və Stokholm bundan imtina edib. Amma hər iki ölkənin bu addımının səbəbləri açıqlanmır.

Bu hadisələrin Türkiyənin Finlandiya və İsveçin NATO-ya mümkün üzv qəbuluna cavab olaraq kəskin etirazı fonunda baş verdiyi qeyd olunur.

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Finlandiya və İsveçin “terror təşkilatlarının xüsusən də, PKK-nın evi”nə çevrildiyini dilə gətirərək, onların alyansa qoşulmasını müsbət hal hesab etməyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Helsinki və Stokholmu açıq şəkildə kürdləri dəstəkləməkdə ittiham edib və Türkiyə əhalisinin əksəriyyətinin həmin ölkələrin NATO-ya üzv olmasına qarşı olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2634
avatar

Oxşar yazılar