Filippinin Mindanao adasında 6,1 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Mati şəhərindən 55 km cənubda, 60 km dərinlikdə yerləşir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.