Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu iddia edilən Yusuf Bekmezci 82 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Lent.az hürriyyət.com-a istinadən bildirir ki, vaxtilə İzmirdə yaxalanan Yusuf Bekmezci FETÖ terror təşkilatında “kadim abi” (qədim qardaş) kimi tanınıb.
Bildirilir ki, həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. Bekmezci bu gün saat 00:50 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, FETÖ/PDY-nin Ege bölgəsindəki maliyyəçiləri, idarəçiləri və sözdə imamlarına qarşı İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Yusuf Bekmezci 17 il 4 ay həbs cəzasına məhkum edilib. 23 yanvar 2020-ci ildə ona "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə hökm oxunub.