Dul qadının evli kişi ilə münasibətdə olduğundan şübhələnən qohumları onu lüt soyundurublar.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Hindistanın Racastan əyalətinin Delva kəndində baş verib. Şahidlər bunu videoya çəkib və qısa zamanda sosial şəbəkələrdə yayılıb. Videoda bir neçə nəfər qadını qonşularının gözü qarşısında döyüb paltarını cıraraq bu formada ictimaiyyətə nümayiş etdiriblər. Dul qadının beş yaşlı oğlu biabırçı hadisənin şahidi olub.
Sonradan məlum olub ki, zərərçəkmiş hansısa evli kişi ilə münasibətdə olmaqda ittiham olunur. Polisə rəsmi açıqlama verilməsə də, məhkəmə hadisə ilə bağlı işin açılmasına qərar verib. İyulun 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Delvaya gəlib, zərərçəkmişlə danışıb, daha sonra onun qohumları olduğu üzə çıxan şübhəliləri saxlayıblar. İki kişi və bir qadın yaxınlıqdakı meşədə polisdən gizləniblər.
Dul qadının hadisə zamanı yaralandığı da məlum olub. Ona yerindəcə tibbi yardım göstərilib və sonrakı müalicəsi üçün Udaipur Şəhər Xəstəxanasına aparılıb.