Hindistanın Uttar-Pradeş ştatının paytaxtı Laxnau şəhərində gecə saatlarında yaşayış binasının divarının uçması nəticəsində azı doqquz nəfər ölüb, daha iki nəfər yaralanıb.
Lent.az TASS-a istinadən xəbər verir ki, divarın uçmasına səbəb musson yağışlarının yaratdığı sel olub.
Sutkadan artıqdır ki, bölgədə güclü yağış səngimir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların həyati təhlükəsinin olmadığı bildirilir.