Qazaxıstanın şərqindəki Abay rayonunun Ayagöz şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Faciə ötən gün səhər saatlarında baş verib. Otaqlardan birində 20 kv.m sahədə əşyalar yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 4 uşağın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı polis araşdırma aparır.