Ermənistan parlamenti və hökumət binasının qarşısında etiraz aksiyaları keçirilir.
Lent.az “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi açıqlamalar olub.
Nikol Paşinyan Ermənistan tərəfinin hər hansı sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.
O bu barədə rəsmi “Facebook” səhifəsində yazıb.
Parlament binasının yaxınlığında keçirilən aksiya zamanı vətəndaşlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.
İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.
Öz növbəsində, polis fəallardan yolu açmağı tələb edir.