Ermənistan Silahlı Qüvvələrinin hərbi bazalarından birində güllə yarası alan 3 əsgərin cəsədi tapılıb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, cəsədlər avqustun 19-u saat 02:15-də cənub -şərq istiqamətindəki döyüş mövqeyində aşkarlanıb.
Ölənlər Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyandır. Onların hamısı 19 yaşında olublar.
Məlumata görə, faciə Syünik vilayətinin Kornidzor rayonunda baş verib.