Laçın dəhlizi açılmasa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.
Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, belə bir hədə ilə Milli Demokratik Qütb siyasi hərəkatının üzvü Vahe Qasparyan çıxış edib.
“Əgər yaxın günlərdə dəhliz açılmasa, o zaman biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın blokadaya almağa çağıracağıq. Bu məqsədlə partiyamız) Ermənistanda Qarabağın ruslar tərəfindən blokadaya alınması ilə bağlı qiymətləndirmələri bizimlə üst-üstə düşən siyasi dairələrlə müzakirələr aparacaq”, - o vurğulayıb.