Avraam Russo
06 aprel 2021 11:30 (UTC +04:00)

Avraam Russo

Erməni müğənni azərbaycanlı milyonçunun üzünə duracaq: Artıq Moskvadadır

Erməni əsilli müğənni Avraam Russo azərbaycanlı milyonçu Telmana İsmayılovun əleyhinə ifadə vermək üçün Moskvaya gəlib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Telman İsmayılov Russonu oğurlatmaqda ittiham olunur.

Məlumata görə, Avraamla Kiprdəki restoranların birində tanış olan İsmayılov, sonradan onu Moskvaya dəvət edib. Russoya etdiyi sponsorluq nəticəsində, o, qısa zaman ərzində populyarlıq qazanıb. Bundan sonra isə İsmayılova xəyanət edərək onunla əməkdaşlığı dayandırıb.

 

Məşhur rusiyalı prodüser İosif Priqojin mətbuata verdiyi açıqlamada bu məsələylə bağlı maraqlı məqamlara toxunub.

 Sitat: “Bu gün Avraam Russo onun kim olduğu, həqiqi soyadını və hansı millətə sahib olduğunu deməz.  Əgər mən və Telman olmasaydı, Avraam Russo kim idi ki?! O, Suriyanın Hələb şəhərindən olan bir ermənidir. Adı Abraham Janoviç İpcanyandır. Telman onu  Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib”.

Priqojin onu da qeyd edib ki, Rusiyaya gələn erməni Abraham İpcanyan adını dəyişərək Avraam Russo olub. 2001-ci ildən etibarən isə Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib.

 

“Telman İsmayılov onun kliplərinə ağlagəlməz miqdarda pullar xərclədi. Qısa müddətdə onu Rusiya şou-biznesinə təqdim etdi. Onun konsertlərində Rusiyanın mədəniyyət, incəsənət, siyasi elitasının nümayəndələrinin iştirakını təmin etdi. Konsertlərinə xeyli vəsait xərclədi”.

Yeri gəlmişkən Russo öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Onu da qeyd edək ki, hazırda Moskvada olan Avraam Russo güclü qoruma altındadır. Onun işinə isə paytaxtın Presnensk rayon məhkəməsi baxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16352

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38