Ermənistan ordusunun əsgəri, 2003-cü il təvəllüdlü sıravi Movses Tadevosyan Vayotsdzor bölgəsindəki döyüş postunda başından güllələnib.
Lent.az xəbər verir ki, hadisə ötən ilin 31-də baş versə də Ermənistan Müdafiə Nazirliyi məlumatı bu gün açıqlayıb.
Əsgər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onu əsgər yoldaşının güllələdiyi məlum olub. Hadisəni törədən hərbçi saxlanılıb.