Fransada 34 yaşlı qadın ərini və qohumlarını zorlamada ittiham olunaraq həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, keçən ilin iyununda Essonne departamentinin sakini olan kişi şikayətində bildirib ki, arvadı cinsi əlaqə zamanı onu zorlayıb.
İşlə məşğul olan polis əməkdaşları şübhəlini və ailəsini dindiriblər. Məlum olub ki, qadın 1997-ci ildən 2010-cu ilə qədər qardaşı və bacısına qarşı cinsi zorakılıq edib. Həmin vaxt zərərçəkənlər, göstərildiyi kimi, hələ azyaşlı olublar.
Nəticədə şübhəli şəxs nəzarətə götürülüb. Sentyabrda məhkəmə onu ittiham edərək həbsxanaya göndərib.