Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Zirvə görüşündəki fotosu sosial mediada gündəm olub.
Lent.az xəbər verir ki, Ərdoğanın aralarında Rusiya prezidenti Vladimir Putinin də olduğu liderlərlə səmimi görüntüsü diqqət çəkib. Türkiyənin tanınmış jurnalistləri bu fotonu “siyasi bacarıq” başlığı ilə paylaşaraq tərifləyiblər.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci il zirvə görüşü Özbəkistan prezidenti Şövkət Mirzəyevin dəvəti ilə Səmərqənd şəhərində keçirilib. Görüşə Rusiya, Türkiyə, Azərbaycan, Belarus, Özbəkistan, İran və digər ölkələrin dövlət başçıları iştirak ediblər.
“Təqvim” qəzetinin əməkdaşı Zəfər Şahin
Jurnalist İbrahim Karagül
Jurnalist Mehmet Ali Önel
Jurnalist Yusuf Kaplan