Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə, o, CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq.