Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı
06 mart 2022 16:06 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı

Ərdoğan və Putin Ukrayna barədə bunları danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Ukrayna böhranı müzakirə edilib.

R. T. Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Türkiyə Prezidenti təcili atəşkəsin bölgədəki humanitar problemləri aradan qaldırmaqla yanaşı, siyasi həll yolunun axtarışına da imkan verəcəyini bildirib.

R. T. Ərdoğan Ukrayna probleminin ən qısa zamanda sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu da Rusiyalı həmkarına bildirib.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rusiya Prezidentini birlikdə sülhün yolunu açmağa çağırıb.

Görüşdə Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, telefon danışığı zamanı Putin Ukraynada xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib, bu kontekstdə prinsipial yanaşmaları və qiymətləndirmələri qeyd edib, qarşıya qoyulan əsas məqsəd və vəzifələri ətraflı izah edib.

Xüsusi əməliyyatın plana uyğun və qrafikə uyğun davam etdiyi vurğulanıb. V. Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək və təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edir, dəqiq zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir: "Bunun fonunda Donbası intensiv atəşə tutan və Ukraynanın şəhər və qəsəbələrində faktiki olaraq girov götürülmüş mülki şəxslərdən, o cümlədən əcnəbilərdən “insan qalxanı” kimi istifadə edən millətçi, neonasist birləşmələrinin əməlləri xüsusi qəddarlığı və amansızlığı ilə seçilir".

Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqlənib. Eyni zamanda, Ukrayna qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bu baxımdan xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğu vurğulanıb.

Danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələrinin yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəyinə ümid ifadə olunub.

Rusiya və Türkiyə prezidentləri iki ölkənin diplomatik və hərbi idarələri arasında əlaqələrin davam etdirilməsinin vacibliyini bəyan ediblər. Vladimir Putin Rusiya tərəfinin Türkiyə vətəndaşlarının döyüş bölgələrindən təhlükəsiz təxliyəsi üçün bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib.

Rəcəb Tayyib Ərdoğan Rusiya mədəniyyətinə və onun xadimlərinə qarşı bir sıra Qərb dövlətlərində geniş vüsət alan kampaniyaya tənqidi qiymət verib.

Müxtəlif səviyyələrdə sıx təmasların davam etdirilməsi razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4537

Oxşar yazılar

Pələnglər 5 günə 6 qadını  parçaladı

Pələnglər 5 günə 6 qadını parçaladı

16 may 2025 , 12:34
NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28