Hər ikisi ilə humanitar, siyasi, iqtisadi və tarixi əlaqələrimiz olan Rusiya və Ukrayna arasında gedən müharibəni bir an əvvəl dayandırmaq üçün səylərimizi davam etdiririk.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, bir çox sahədə dünyada və Türkiyədə təsiri hiss olunan müharibənin başa çatmasını istədiyini qeyd edib. Prezidentin sözlərinə görə, daha əvvəl Suriyada baş verən humanitar faciənin bənzəri indi Ukraynada təkrarlanır.