Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Şanlı Urfada “Gəncliyin görüşü” adlı televiziya proqramına qatılıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, dövlət başçısını proqramda məşhur müğənni İbrahim Tatlısəs müşaiyət edib.
O, studiyaya daxil olarkən bir müddət öncə qəza nəticəsində ayağı sınmış türküçünün qolundan tutaraq, onun yeriməsinə kömək edib.
Gənclərin çoxsaylı suallarını cavablandıran dövlət başçısı sonda “Urfanın dağları” adlı türkünü də iştirakçılarla birlikdə ifa edib. Onun ifası sevinc və coşqu ilə qarşılanıb.