Ən böyük ağcaqanad yetişdirmə  fabriki açıldı - Bu xəstəliklə mübarizə  üçün
07 oktyabr 2025 16:00 (UTC +04:00)

Ən böyük ağcaqanad yetişdirmə fabriki açıldı - Bu xəstəliklə mübarizə üçün

0

Braziliyanın San-Paulu ştatının Kampinas şəhərində dünyada ən böyük ağcaqanad yetişdirmə fabriki istifadəyə verilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu müəssisə həftədə 190 milyon ağcaqanad yetişdirmə gücünə malikdir və onun yaradılması ölkədə denge qızdırması ilə mübarizə üzrə genişmiqyaslı proqramın bir hissəsidir.

1 300 kvadratmetr sahəyə malik bu müəssisədə “Aedes aegypti” növünə aid ağcaqanadlar yetişdirilir. Onlar zərərsiz “Wolbachia” bakteriyası ilə yoluxdurulurlar, bu bakteriya ağcaqanadların orqanizmində denge virusunun çoxalmasının qarşısını alır. Belə ağcaqanadlar təbiətə buraxıldıqdan sonra insanlara virus ötürə bilmir, onların nəsilləri də bu qoruyucu xüsusiyyəti miras alır.

Yetişdirmə prosesi tam nəzarət altındadır: sürfələr müəyyən temperaturda su ilə dolu xüsusi qablarda böyüyür, erkək ağcaqanadlara şirin məhlul, dişilərə isə heyvan qanı (insan dərisini təqlid edən paketlərdə) verilir. Ağcaqanadlar təxminən bir ay yaşayır, bu müddətdə cütləşərək yumurta qoyurlar və bu yumurtalardan növbəti nəsil yetişdirilir.

Mütəxəssislərin sözlərinə görə, bu üsul artıq bir sıra ölkələrdə öz effektivliyini sübut edib, lakin Braziliya onu ilk dəfə bu qədər geniş miqyasda tətbiq edir. Bu qərar ölkədəki misilsiz denge epidemiyası ilə bağlıdır. 2024-cü ildə dünyada qeydə alınan bütün denge hallarının 80%-dən çoxu Braziliyanın payına düşüb.

Yeni fabrikin istehsal gücü hər il təxminən 100 milyon insanı əhatə edən profilaktik proqram üçün kifayət qədər ağcaqanad yetişdirməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar