Ələ keçirilən narkotiki satmaq istəyən polis rəisi  saxlanıldı
11 may 2023 15:06 (UTC +04:00)

Ələ keçirilən narkotiki satmaq istəyən polis rəisi saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan xətti idarəsinin nəqliyyatda maddi-texniki təminat bölməsinin keçmiş rəisi ələ keçirilən narkotikləri oğurlayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, oğurluq 2011-2015-ci illərdə, şübhəli şəxs Həştərxan xətti idarəsində xidmət edərkən baş verib. Daha sonra həmin şəxs işdən qovulub. Söhbət ələ keçirilən heroinin dəyişdirilməsindən gedir.

Yeni araşdırmalarla məlum olub ki, Həştərxan vilayəti üzrə İstintaq Komitəsi keçmiş polisə qarşı cinayət işi açıb.

İstintaqın məlumatına görə, 2012-ci ilin sentyabrında keçmiş rəis və şəxsiyyəti məlum olmayan şəxslər DİN-in Həştərxan xətti nəqliyyat şöbəsinin maddi sübut üçün saxlanc otağına daxil olaraq 10 kiloqram narkotik vasitəni şəkərlə əvəz edərək götürüblər.

Keçmiş polis rəisi təqaüdə çıxdıqdan sonra narkotik satmaq istəyərkən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Oxşar yazılar