İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-nin prezidentliyə namizədi, həbs edilən və fəaliyyəti dayandırılan Əkrəm İmamoğluna İstanbul Baş prokuroru Akın Gürlək barəsində söylədiyi sözlərə görə açılan cinayət işi üzrə hökm oxunub.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, “Terrorla mübarizə aparan şəxsi hədəfə almaq” ittihamı ilə bəraət qazanan İmamoğlu “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” ittihamı ilə 1 il 5 ay 15 gün, “təhdid” ittihamı ilə isə 2 ay 15 gün həbs cəzası alıb.
İmamoğlu “Akın Gürlek Davası”nda ümumilikdə 1 il 8 ay həbs cəzasına məhkum edilib.
Qəbul edilən qərarlar nəticəsində İmamoğlu üçün tələb olunan “siyasi qadağa” cəzasının verilmədiyi təsdiqlənib.