27 iyul 2021 11:37 (UTC +04:00)

Əfqanıstanda əməliyyat: 200-ə yaxın terrorçu məhv edildi, iki şəhər azad olundu

Əfqanıstan ordusu və xüsusi xidmət orqanları son sutka ərzində 200-ə yaxın Taliban döyüşçüsünü məhv edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 112 terrorçü əsir götürülüb. Əməliyyatlar ölkənin Kunar, Loqar, Qazni, Uruzqan, Taxar vilayətlərində keçirilib.
 
Bundan əlavə, Dara Farrox Şax və Dara Kalan şəhərləri də Talibandan azad olunub. 


Sevinc Fərid

# 816
avatar

Oxşar yazılar