Dünyanın  ən çox və ən az yatan  xalqları - Yuxu barədə maraqlı faktlar
04 yanvar 2023 15:56 (UTC +04:00)

Dünyanın ən çox və ən az yatan xalqları - Yuxu barədə maraqlı faktlar

"Nature Communications" jurnalında London Kral Kolleci alimlərinin araşdırmalarının nəticələri açıqlanıb.

Lent. az-ın məlumatına görə, 63 ölkədən 730 nəfər arasında aparılmış araşdırmaya əsasən, insanların kamil yaşda uşaqlıq dövrünə nisətən daha az yatdığı məlum olub. İnsanlarda yuxuya meyillik 33 yaşdan azalmağa başlayır.

53 yaşdan sonra insanlar yenidən yatmağa meyilli olurlar. Bu tendensiya həm qadınlar, həm də kişilər üçün keçərlidir.

Dünyanın ən çox yatan adamları Albaniya, Slovakiya, Rumıniya, Çexiyada yaşayırlar.

Filippin, Malayziya, İndoneziya əhalisi digər ölkələrin əhalisinə nisbətən 20-40 dəqiqə az yatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar