Dünyanın ən bahalı lələyi   bu qiymətə satıldı - REKORD
25 may 2024 11:03 (UTC +04:00)

Dünyanın ən bahalı lələyi bu qiymətə satıldı - REKORD

Çoxdan nəsli kəsilmiş Huia quşunun lələyi Yeni Zelandiyada hərraca çıxarılıb. 

Lent.az xəbər verir ki, bu lələk 28 min 400 dollara satılıb və bu rekord dərəcədir. 

Huia quşu rəsmi olaraq sonuncu dəfə 20-ci əsrin əvvəllərində görülüb və ən son onun tükləri təxminən 5100 dollara satılıb. 

"Bu nadir Huia lələyi Yeni Zelandiya tarixinin gözəl nümunəsidir və bizə ekosistemimizin kövrəkliyini xatırladır", - deyə auksion evinin rəhbəri bildirib. 

Məlumata görə, Huia quşunun lələkləri əvvəllər yüksək rütbəli şəxslərin saçlarına və ya qulaqlarına taxmağa icazə verilirdi. Bu lələklər dostluq və hörmət əlaməti kimi şərh olunurdu. 

Hələ 19-cu əsrdə avropalı ovçular çox sayda quşları ovlayıb və onların tüklərini kolleksiyaçılara, moda liderlərinə satıblar. 

Qeyd edək ki, lələyi yalnız qeydiyyatdan keçmiş kolleksiyaçılar ala bilər və nazirliyin icazəsi olmadan ölkədən çıxarıla bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Sevinc Fərid

Oxşar yazılar