Zaporojye Atom Elektrik Stansiyasına (AES) kənardan elektrik enerjisi təchiz edən ehtiyat xətt bərpa olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ”Tvitter” səhifəsində məlumat paylaşıb.
Bu, Zaporojye AES-də reaktorların soyudulması və digər işlərinin aparılması üçün vacibdir.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətdə olan sonuncu - 6 nömrəli enerji bloku da elektrik şəbəkəsindən ayrılıb.