Cənubi Sudanda 89 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Conqley ştatında baş verib. İlkin araşdırmalar zamanı həmin adamların vəba xəstəliyindən vəfat etdiyi bildirilsə də, sonradan həkimlər versiyalarını dəyişiblər.
Bu adamların hansı səbəbdən dünyasını dəyişdiyi hələ ki bilinmir.