Dövlət Dumasında Zelenski ilə bağlı TƏKLİF:  GÜLLƏLƏNSİN
20 mart 2022 17:01 (UTC +04:00)

Dövlət Dumasında Zelenski ilə bağlı TƏKLİF: GÜLLƏLƏNSİN

5

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Aleksandr Boroday deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski və onun tərəfdaşları ölüm cəzasına məhkum edilməlidir.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, onun fikrincə, Ukrayna hakimiyyətinin nümayəndələrini ələ keçirmək kifayət qədər çətindir. 

“Zelenski, Arestoviç, Reznikov v digərləri arasında kim birinci ələ keçsə, onları divara söykəmək lazımdır. Əlbəttə, ilk növbədə zelenskini”, - Boroday təklif edib. 

Onun fikrincə, Ukrayna prezidenti “kukla roluna görə” belə bir cəzaya layiq idi. Eyni zamanda, deputat təəssüfləndiyini bildirib ki, Zelenski və onun tərəfdaşları üçün ölüm hökmünə ümid etmək çətindir, çünki "onların əksəriyyəti Qərb ölkələrinin ərazisində yerləşir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
5
# 9262

Oxşar yazılar