Donuz ürəyi köçürülən şəxs öldü
09 mart 2022 22:02 (UTC +04:00)

Donuz ürəyi köçürülən şəxs öldü

1

Dünyada ilk dəfə donuz ürəyi köçürülmüş 57 yaşlı ABŞ vətəndaşı Devid Bennet vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə “New York Times” məlumat yayıb.

Ölümün dəqiq səbəbi meyit yarıldıqdan sonra məlum olacaq.

Əməliyyat 2 ay əvvəl həyata keçirilib. Həkimlər pasientin vəziyyətinin yaxşı olduğunu bildiriblər. Lakin son günlərdə pasientin vəziyyəti qəflətən pisləşib.

Qeyd edək ki, kəskin ürək çatışmazlığından əziyyət çəkən Benneti ürək transplantasiyası növbəsinə qoymadıqları üçün o, donuz ürəyinin köçürülməsinə razılıq vermişdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2844

Oxşar yazılar