Doğum günündə güllələndi... - ABŞ-da FACİƏ
10 may 2021 02:06 (UTC +04:00)

Doğum günündə güllələndi... - ABŞ-da FACİƏ

ABŞ-ın Kolorado ştatında baş verən atışmada 6 nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə bazar günü gecə Kolorado-Sprinqs şəhərində keçirilən doğum günü məclisində olub. 

Ailə üzvləri, dostlar və uşaqların qatıldığı məclisdə atəş bir gənc tərəfindən açılıb.

Hadisə nəticəsində doğum gününü qeyd edən gənc qız da dünyasını dəyişib.
 

# 1206
avatar

Oxşar yazılar