Dilan Polat və bütün ailəsi həbs edildi-Görməmişliyin həzin sonu
05 noyabr 2023 10:19 (UTC +04:00)

Dilan Polat və bütün ailəsi həbs edildi-Görməmişliyin həzin sonu

Türkiyənin Azərbaycanda da çox izlənən sosial media fenomeni Dilan Polat və bütün ailə üzvləri həbs olundu.

Lent.az-ın məlumatına görə, Dilan Polat, həyat yoldaşı Engin Polat da daxil olmaqla saxlanılmış 18 şübhəlidən 12-si həbs edilib.

Dilan Polat həbs qərarından sonra “Oğlum, sənə kim baxacaq?” deyə haray salıb. Həbs edilənlər təhlükəsizlik tədbirləri altında  həbsxanaya göndərilib.

Şübhəlinin yaxınları nəticəni gecə boyu ədliyyə binası qarşısında gözləyib.

Onlar  çirkli pulların yuyulması,  Vergi Qanununun pozulması və qanunsuz  mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.

Polisin 6 şübhəli barəsində əməliyyatı davam edir.

Həbs edilənlər arasında Dilan Polatın bacı və qardaşı, Engin Polatın qardaşı, atası, həmçinin, ailənin hüquqşünası da var.

Dilan Polat kimdir?

Dilan Polat 4 il əvvələ qədər doğum proseslərində fotoqrafçılıq etməklə tanınıb. Həyat yoldaşı Engin Polat isə kiçik inşaat işləri görüb.

Ailə 4 il ərzində Türkiyə və dünyada 130 şöbəsi olduğu deyilən gözəllik mərkəzi seti yaradıb.

Mənbəyi bəlli olmayan pulla başladılmış ticarət fantastik sürətlə "böyüyüb".

Bütün bunları isə kiminsə araşdırmasına ehtiyac olmayıb. Dilan Polat şəxsi həyatlarının hər dəqiqəsini sosial mediada paylaşıb, xərclədiyi pulları, lüks maşınlarını və qarderobunu yaydıqca bu, medianın və Türkiyə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Dilan Polatın "bir alış-verişdə 750 min lira (təxminən 45 min manat) xərcləyirəm" ifadəsi medianın gündəmini tutub. Dilan Polat sosial mediada insanlara qarşı alçaldıcı davranışları, kameradan xalqa tüpürməsi, işçilərinin başına pul tökməsi kimi anormal hərəkətləri ilə geniş müzakirə və antipatiya qazanıb.

Beləliklə də, bir aydan artıq davam edən araşdırmalarda Polat ailəsinin çoxlu saxta şirkətlər yaradaraq,  çirkli pulları yuduğu, həmçinin vergi qanunvericiliyini pozduğu, qanunsuz mərc oyunlarında iştirak etdiyi bəlli olub.

Yəni ki, sosial mediada necə davranacağını bilməmək, görməmişlik və göstəriş, başqalarına acıq vermək istəyi nəinki bir ailənin, hətta bir nəslin həbsi ilə nəticələndi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37617
avatar

Oxşar yazılar