Di Mariya PSJ ilə vidalaşdı
20 may 2022 19:29 (UTC +04:00)

Di Mariya PSJ ilə vidalaşdı

Anxel Di Mariya PSJ ilə vidalaşıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Argentina millisinin üzvü komanda yoldaşları ilə birlikdə çəkdirdiyi şəkli paylaşıb və vida mesajı yayımlayıb. Di Mariya rəhbərliyə və komanda yoldaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, PSJ ilə müqaviləsi gələn ayın sonuna qədər olan Anxel Di Mariyanın “Yuventus”a keçməsi gözlənilir.

# 927
avatar

Oxşar yazılar