Rusiyada iclasa gələn deputatın COVID-dən qorunmaq üçün gördüyü tədbir müzakirələrə səbəb olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Dumasının Stavropoldan olan deputatı Raisa Karmazina iclas zamanı payız sessiyasına başlamazdan əvvəl həmkarlarını dezinfeksiya edib.
Deputat Karmazina COVID-19-a yoluxma hallarından qorunmaq üçün özü ilə iclasa gətirdiyi antiseptik və antiviral aerozol olan dispenseri həmkarlarına səpib.
Qeyd edək ki, son 2 həftə ərzində Moskvada koronavirusa yoluxma 2,5 dəfə artıb. Bu barədə xəstəliyin yayılması ilə mübarizə üzrə federal operativ qərargah məlumat yayıb. Bundan əlavə, ötən gecə ölkədə COVID-19-a yoluxma bir həftə ərzində 48% artıb.