Ekvadorun Kito şəhərində bazar ertəsi yağan leysan yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində azı 27 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə şəhər administrasiyası “Twitter”də məlumat yayıb.
Bildirilib ki, həmçinin, 55 nəfər yaralanıb. Onlardan 41-nə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. 14 yaralı isə xəstəxanada qalıb, birinin vəziyyəti ağırdır.
İki nəfərin itkin düşdüyü bildirilib.