Filippində güclü yağışın səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə nəticəsində 52 nəfər ölüb, 18 nəfər isə hələ də itkin düşmüş sayılır.
Daşqın respublikanın 10 rayonunda 640 mindən çox insana ziyan vurub.
Agentliyin məlumatına görə, 67 mindən çox insan 170 təxliyə məntəqəsindədir.