Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İtkin düşənlərin sayı məlum deyil.
Güclü yağış sel və çoxsaylı torpaq sürüşmələrinə səbəb olub.
Hadisədən Buşu və Nyamukubi yaşayış məntəqələri daha çox zərər çəkib.