Daha bir ölkə Rusiyaya sanksiya tətbiq edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Yaponiya da Rusiyanın Ukraynadakı işğalçı addımlarını qəti şəkildə qınayıb. Buna görə də, hökumət Rusiya prezidenti Vladimir Putin və digər məmurların bu ölkədəki aktivlərini dondurmaq qərarı verib. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida açıqlama verib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ölkələrarası sabitliyin pozulmasına xidmət edir və bu beynəlxalq qanunlara ziddir.