İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 8 gəminin çıxışına icazə verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 158 072 tondur. Onlar Türkiyə, İsrail, Çin, Bolqarıstan, Rumıniya və İspaniyaya bitki yağı, taxıl və qarğıdalı daşıyır.
Qeyd edək ki, avqust ayında Ukrayna limanlarından ümumilikdə 1,4 milyon ton ərzaq daşınıb.