Son sutkada La Manş boğazından Britaniyaya keçmək istəyərkən risklə üzləşən 190 miqrant xilas edilərək Fransa ərazisinə qaytarılıb.
Lent.az xəbər verir ki, bu barədə Kale prefekturası məlumat yayıb.
Patrul gəmiləri miqrantları xilas etmək üçün 3 əməliyyat keçirib.
Qeyd edək ki, La-Manşdakı tunelin girişi beton və tikanlı məftillə əhatə olunduqdan sonra dəniz yolu ilə Britaniyaya keçmək istəyənlərin sayı artıb.