Covid-19 əleyhinə vaksinə görə məhkəmə çəkişməsi
29 avqust 2022 00:19 (UTC +04:00)

Covid-19 əleyhinə vaksinə görə məhkəmə çəkişməsi

ABŞ-ın “Moderna” şirkəti “Pfizer” (ABŞ) və “BioNTech” (Almaniya) şirkətlərinə qarşı iddia qaldırıb.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, “Moderna” qarşı tərəfləri onun patentlərindən isrtifadədə ittiham edir. “Moderna”nın hüquqşünasları iddia edirlər ki,  “Pfizer/BioNTech” koronavirus əleyhinə vaksin hazırlayarkən onların 2010 və2016-cı ildə əldə etdikləri patentdən istifadə edib. Bununla belə, “Moderna”nın istehsal texnologiyasına heç kim müdaxilə edə bilməyib.

Şirkət məhkəməyə 2 yerdə - ABŞ-ın Massaçusest ştatında və Almaniyanın Düsseldorf şəhərində müraciət edib. Qarşı tərəflər iddia ərizəsi ilə bağlı açıqlama verməyib. 

Hüquqşünaslar bu tip məhkəmə çəkişmələrinin illərlə davam edəcəyi qəmnaətindədirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar