İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 3 mindən aşağı düşərək 2972 nəfər olub.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin günlük hesabatında bildirilib.
Məlumata görə, ölkədə son bir ayda ilk dəfədir ki, yoluxanların sayında gündəlik artım 3 mindən aşağı olub.
Departament rəhbəri Anjelo Borrelli bildirib ki, son bir gündə ölənlərin sayı 578-ə çatıb. Epidemiya qurbanlarının ümumi sayı isə 21645 nəfərə yüksəlib:
“Son 24 saat ərzində müalicə olunanların sayı əvvəlki gündən (1669) azdır – 962 nəfər. Artıq xəstəxanaya yerləşdirilmələrin sayı azalır, reanimasiya şöbələrində yerlər boşdur”.
Qeyd edək ki, İtaliyada bu günədək yeni virusa yoluxanların sayı 165 mindən çox olub.