Çinlilər yeməyi niyə çubuqla   yeyir? - TARİXİ
21 oktyabr 2023 16:26 (UTC +04:00)

Çinlilər yeməyi niyə çubuqla yeyir? - TARİXİ

Əsasən düyü yeyən ölkədə insanlar iki uzun çubuqla yemək haqqında gülməli zarafatlar etsələr də, yemək çubuqları Çin mətbəxinin üslubuna çox uyğun gəlir. Çünki ölkənin hər guşəsində və dünyanın saysız-hesabsız Çin restoranlarında özünə yer tapan çubuqların çox qədim və seçilən tarixi var.

Lent.az xarici mediaya istinadla bildirir ki, çubuqların ilk dəfə Çində təxminən eramızdan əvvəl 1200-cü ildə Şan sülaləsi dövründə istifadə olunduğu güman edilir. Sülalə dövründə dünya tarixinə fal yazıları kimi çox əhəmiyyətli tarixi qalıqlar qalıb.

Bu erkən yemək çubuqları tuncdan hazırlanırdı və daha çox yemək zamanı insanların köməyinə çatırdı. İndiki çubuqlardan xeyli uzun olan həmin alətlər qaynar yağla doldurulmuş qabların dərinliklərinə çatmaq üçün istifadə olunurdu.

Təxminən minillik ərzində bu, çubuqların əsas funksiyası idi. Yalnız eramızın 400-cü illərinə qədər çubuqlar qısaldılaraq, yemək üçün istifadə edilib. Çin əhalisi sürətlə artırdı və resurslar kifayət deyildi. Bu dövrlərdə aşpazlar ətdən qənaətlə istifadə etmək üçün onu kiçik parçalara ayırmağa başladılar. İstehlakçılar da çubuqları bu ölçülü ət parçalarını yeməyin ən asan yolu kimi gördülər.

Bu kiçik, küt mətbəx əşyası çoxdan vegetarian Konfutsi tərəfindən reklam edilən məşhur bir qaba çevrilmişdi. Konfutsi izah edirdi ki, bıçaq kimi iti mətbəx alətlərindən istifadə edilməməlidir. Konfutsinin təliminə görə, çubuqlar yemək zamanı insanlara bıçaq kimi xəsarət yetirə bilər. Çubuqların ucları bıçaq kimi deyildi, küt idi və ona görə də insanlar hələ ki, təhlükə hiss etmirdilər.

Eramızın 500-cü illərində yemək çubuqlarından istifadə Yaponiya və Vyetnam kimi qonşu ölkələrə yayıldı və onun dizaynı yerli zövqlərə uyğunlaşdırıldı. Çubuqlar Yaponiyada kişilər, qadınlar və uşaqlar üçün müxtəlif ölçülərdə istehsal edilirdi. Vyetnamda çubuq hazırlamaq üçün tunc və ya çini əvəzinə xurma ağacından istifadə olunurdu.

1878-ci ildə birdəfəlik yemək çubuqlarını təqdim edən ölkə Yaponiya olsa da, bu yaradıcı dizaynın orijinal mənbəyi Çindir. Yapon çubuqları ilə Çin çubuqları arasındakı yeganə fərq odur ki, yapon çubuqları bambukdan hazırlanır və kökləri bir-birinə bitişik bir parça çubuq kimidir. Çin çubuqları isə iki müstəqil parçadır.

Məlumat üçün onu da bildirək ki, Uzaq Şərq ölkələrində yeyilən düyü növləri bizim yediyimiz kimi xırda-xırda deyil, böyük hissələrdə bişirilir və düyünü çubuqla ağzınıza qoymaq daha asan olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23832
avatar

Oxşar yazılar