Çini Ayın su olan hissələrinə buraxmaq olmaz:  NASA rəhbəri
31 may 2023 03:51 (UTC +04:00)

Çini Ayın su olan hissələrinə buraxmaq olmaz: NASA rəhbəri

Çinin Ayın su olan hissələrini tutmasına icazə vermək olmaz.

APA-nın İspaniyanın “Mundo” qəzetinə istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson çıxış edib.
Nelsona görə su, hidrogen və oksigen mənbəyidir. Buna görə də Ayın su olan hissələrindən nəfəs almaq üçün oksigen və yanacaq istehsalı üçün hidrogen əldə etmək mümkündür.

Eyni zamanda NASA direktoru vurğulayıb ki, bu resurslar dünya ictimaiyyəti üçün Çinin iddialarından qorunmalıdır. Buna görə də Nelsonun sözlərinə görə, ABŞ Çinin Aya getməsini və “orada yer tutmasını” istəmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791
avatar

Oxşar yazılar