Çində insan beynini təqlid edən  süni intellekt təqdim olundu
11 sentyabr 2025 05:47 (UTC +04:00)

Çində insan beynini təqlid edən süni intellekt təqdim olundu

0

Çinli alimlər dünyada insan beynini təqlid edən ilk irimiqyaslı süni intellekt dil modelinin yaradıldığını elan ediblər.

Lent.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

"SpikingBrain 1.0" adlanan bu model əhəmiyyətli dərəcədə daha az enerji sərf etmək və "Nvidia" çiplərindən istifadə etmədən işləmək üçün hazırlanıb.

Çin Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən inkişaf etdirilmiş "SpikingBrain 1.0" modeli insan beyninin prinsipini təkrarlayır və yalnız tapşırığı yerinə yetirmək üçün zəruri olan sinir hüceyrələrini aktivləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar