Çin Dövlət Şurasının keçmiş Baş naziri Li Keqianqın qəfil ölümü ölkədə bir çox insanı şoka salıb. İnsanlar bazar islahatları vəd edən, lakin siyasətdən uzaqlaşdırılan keçmiş məmurun xatirəsini ehtiramla yad ediblər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “İndependent” yazır ki, cümə günü infarktdan vəfat edən Li, on il ərzində Çinin ən yüksək iqtisadi məmuru olub. O, dünyanın ikinci ən böyük iqtisadiyyatına ABŞ ilə gərginlik və COVID-19 pandemiyası kimi çətinliklərin öhdəsindən gəlməyə kömək edib.
Çinin şəhərləri bağlayan və milyonlarla insanı evlərinə qapanan COVID-19 mübarizəsinə rəhbərlik etməyə kömək edən epidemioloq Vu Zhonqyu da cümə günü öldü. Onun 60 yaşı vardı.
Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Vu-nun ölümü ilə bağlı verdiyi açıqlamada səbəbi açıqlamasa da, “xilasetmə tədbirlərinin uğursuzluqla nəticələndiyini” bildirib.
Çinin “Weibo” sosial şəbəkəsində onun ölümü ilə bağlı həştəq bir neçə saat ərzində 1 milyarddan çox baxış toplayıb.