Cinçıxaran molla   39 yaşlı kişini belə öldürdü
21 noyabr 2022 18:46 (UTC +04:00)

Cinçıxaran molla 39 yaşlı kişini belə öldürdü

Türkiyənin Konya şəhərində Suriya əsilli vətəndaşın qəribə ölümü dillərə düşüb. Ürəyi dayandığı üçün xəstəxanaya gətirilən 39 yaşlı Həsən Allusun meyitinə baxış zamanı onun üzərində zorlama əlamətləri aşkarlanıb. Mərhumun boğularaq öldüyü məlum olanda isə ailəsi sorğu-suala çəkilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailəsi Həsənin bədəninə cin girdiyini düşünərək cinçıxaran molla kimi tanınmış İbrahim Hacı Alini evlərinə dəvət edib. Hacı Ali Allusun içindəki cini boğmaq üçün onun boğazını sıxmağa başlayıb, xəstənin əlində boğulub öldüyünü görüncə, o qədər sərt ürək masajı edib ki, qabırğalarını da qırıb. Bu işdə ona mərhumun ailə üzvləri də kömək ediblər.

“Cinli”nin ayılmadığını görən doğmaları əlacsız qalıb onu xəstəxanaya aparsalar da, artıq gec olub.  

Çin çıxaran molla, mərhumun həyat yoldaşı, qaynı, baldızı və 17,15 yaşlarındakı iki övladı Hasan Allucun ölümündə şübhəli qismində saxlanılıb. Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar